Dəyişikliyin mahiyyəti kənd təsərrüfatı təyinatlı torpaqları icarəyə verən tərəf kimi rayon (şəhər) icra hakimiyyətlərinin və icarəyə götürən hüquqi fiziki şəxslərin məsuliyyətlərini artırmaqla icarə müqavilələrinin şərtlərinə uyğun torpaqlardan  yalnız kənd təsərrüfatı məqsədləri üçün daha səmərəli istifadə edilməsindən, torpaqların keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasından və qorunub saxlanılmasından, həmin torpaqların başqa məqsədlər üçün istifadəsinə yol verilməməsindən və onlar üzərində nəzarəti  gücləndirməklə kənd təsərrüfatının inkişaf etdirilməsindən ibarətdir.

Qeyd edək ki, kənd təsərrüfatlı təyinatlı torpaqlardan istifadənin səmərəliliyinin artırılması və təyinatı üzrə istifadəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə Komitənin müfəttişləri tərəfindən mütəmadi olaraq yerlərdə monitorinqlər aparılır və bu sahədə aşkar edilən pozuntu hallarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi  təmin olunur.