Azərbaycan Respublikasının Baş Nazirinin 1/384 nömrəli 16 mart 2020-ci il tarixli tapşırığının 7. bəndinin icrası ilə bağlı Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən  vətəndaş müraciətlərini fasiləsiz olaraq telefon rabitəsi vasitəsi ilə həyata keçirmək məqsədilə  012 433 21 14  telefon nömrəli qaynar xətt təyin edilmişdir.
Eyni zamanda torpaqagentliyi@emdk.gov.az email ünvanı vasitəsilə elektron qaydada Agentlik tərəfindən vətəndaş müraciətlərinin fasiləsiz qəbulu  həyata keçirilir.
Koronavirus pandemiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın  məlumatlarını, habelə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsini nəzərə alaraq vətəndaşlardan inzibati binaya gəlmədən yalnız elektron qaydada müraciət etmələri xahiş olunur.