«Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

  1. «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 460) 2-ci maddəsinin 4-cü bəndi çıxarılsın.
  2. Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-IQ nömrəli qanunu ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 272) təsdiq edilmiş «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə»yə aşağıdakı dəyişikliklər edilsin:

1. Əsasnamənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:

«Bu Əsasnamə dövlət əmlakının özəlləşdirilməsi zamanı dövlət müəssisələrinin səhmdar cəmiyyətlərinə çevrilməsinin qaydalarını müəyyən edir.»;

2. Əsasnamənin 3-cü, 5-ci və 7-ci bəndlərindən, 7.5-ci, 7.8-ci (birinci halda), 7.9-cu, 7.10-cu yarımbəndlərindən, 8-ci və 10-cu bəndlərindən «Dövlət Proqramına əsasən» sözləri, 3-cü bəndindən «(Dövlət Proqramının 1 nömrəli Əlavəsinin 2-ci, 3-cü, 4-cü və 5-ci bölmələri sözləri, 7.6-cı yarımbəndlərindən «Dövlət Proqramına (həmin Proqramına 11 nömrəli Əlavə) əsasən»«və yaxud qızıl səhm»in buraxılması formasında» sözləri, 4-cü, 6-cı bəndlərindən və 7.8-ci (ikinci halda) yarımbəndindən «Dövlət Proqramına müvafiq olaraq» sözləri, 7.3-cü yarımbəndinin birinci və ikinci abzaslarından «Dövlət Proqramına uyğun olaraq» sözləri çıxarılsın;

3. Əsasnamənin 7.7-ci yarımbəndinin birinci abzasında «Səhmdar cəmiyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa» sözləri »Azərbaycan Respublikasının Mülki Məcəlləsinə» sözləri ilə əvəz edilsin;

4. Əsasnamənin 8-ci bəndində «Dövlət Proqramı ilə» sözləri «qanunvericiliklə» sözü ilə əvəz edilsin.

  1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Heydər ƏLIYEV

AzərbaycanRespublikasınınPrezidenti

Bakı şəhəri, 29 dekabr 2000-ciil.

№ 52-IIQD.